» » UEFA "Qalatasaray"a texniki məğlubiyyət verdi


UEFA "Qalatasaray"a texniki məğlubiyyət verdi

9-12-2014, 17:04
Oxunub: 690
Çap et
UEFA "Qalatasaray"a texniki məğlubiyyət verdi


Türkiyə təmsilçisi "Anderlext"lə oyunda 3-0 məğlub sayılıb
Türkiyənin "Qalatasaray" klubuna texniki məğlubiyyət verilib.

milliyyet.az ANS PRESS-ə istinadən verdiyi məlumata görə, UEFA Gənclər Liqasında 25 noyabr tarixində baş tutan "Anderlext" ilə "Qalatasaray" qarşılaşmada çıxan hadisələr səbəbiylə istintaq başladılıb. Bu istintaqın sonunda UEFA rəsmi qərarını açıqlayıb.

Belçikadakı matçda sarı-qırmızılı azerkeşlər sahəyə məşəl atıb və qeyri-qanuni qəbul edilən plakat açıb. Hətta qarşılaşma 95-ci dəqiqədə hakim tərəfindən tətil edilib. Ev sahibi klub 2-0 öndə olarkən oyun yarıda saxlanılıb.

UEFA bu matçda "Qalatasaray"ın 3-0 məğlub sayıldığını bildirib. Eyni zamanda, "Qalatasaray" klubuna 25 min avro pul cəzası kəsilib.



Reytinq: