» » AFFA-da maraqlı olay


AFFA-da maraqlı olay

3-02-2015, 16:21
Oxunub: 803
Çap et
AFFA-da maraqlı olay

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

milliyyet.az-in PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqası təmsilçilərinin heç biri cəzalandırılmayıb.

Ölkə çempionatının 19-cu turunda keçirilən dörd oyundan birində (AZAL – “Neftçi”) ümumiyyətlə, sarı və qırmızı vərəqə olmayıb. Digər üç matçda isə bir komandada dörd futbolçu sarı vərəqə almadığına görə, qaydaya əsasən, klublara cəza verilməyib.

Qeyd edək ki, maddi cəzanın verilməsi üçün bir klubdan ən azı üç oyunçu sarı vərəqə almalıdır.



Reytinq: