» » Asiya kubokunun sahibi bilindi


Asiya kubokunun sahibi bilindi

31-01-2015, 18:47
Oxunub: 807
Çap et
Asiya kubokunun sahibi bilindi

Futbol üzrə Avstraliya milli komandası Asiya çempionatının qalibi olub.

milliyyet.az anspress-ə istinadən bildirir ki, Avstraliyada keçirilən çempionatın finalında Koreya Respublikasını 2:1 hesabı ilə məğlub edən ev sahibləri ilk dəfə olaraq qitə birincisi adını qazanıblar.

Avstraliyalılar oyunun 45-ci dəqiqəsində Massimo Luonqonun qolu ilə hesabda irəli çıxıblar. Lakin qarşılaşmanın ikinci hissəsinin son dəqiqələrində Heunq Min Son hesabı bərabərləşdirib – 1:1. Qalibi müəyyən etmək üçün əlavə olunmuş vaxtda (görüşün 115-ci dəqiqəsində) Ceyms Troisi Avstraliyanı hesabda 2:1 irəli çıxarıb.

Hər iki komanda çempionatda “A” qrupunda mübarizəyə başlamışdı. Qrup mərhələsi çərçivəsində keçirilən oyunda Koreya Respublikası 1:0 hesabı ilə qalib gəlmişdi.

Çempionatda üçüncü yer uğrunda oyunda isə Birləşmiş Ərəb Əmirliklərinin milli komandası İraq yığmasını 3:2 hesabı ilə məğlub edib.



Reytinq: