Qarabağın Çempionlar Liqasında potensial rəqibləri bilindi » Milliyet.Az

Qarabağın Çempionlar Liqasında potensial rəqibləri bilindi

Qarabağın Çempionlar Liqasında potensial rəqibləri bilindi


Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Milliyet.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 32 komandanın potensial rəqibi müəyyənləşib.

Bu turnirdə mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” da Albaniyanın “Kukesi” klubunu mübarizədən kənarlaşdırarsa, növbəti mərhələdə qarşılaşacağı potensial iki rəqibi müəyyənləşib.

Belə ki, BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi III mərhələdə “Kukesi” – “Qarabağ” cütünün qalibi ilə oynayacaq. “Qarabağ” mərhələ adlayarsa, ilk oyununu Bakıda keçirəcək.
  • Sosial şəbəkədə paylaş