» » Real transfer rekordunu qırır


Real transfer rekordunu qırır

21-07-2018, 13:56
Oxunub: 951
Çap et
Real transfer rekordunu qırır


"Real"ın heyətinə qatmağa hazırlaşdığı Eden Hazard üçün "Çelsi"yə ödəyəcəyi transfer haqqı açıqlanıb.

Bu barədə "Le10Sport" məlumat yayıb. İddia olunub ki, Madrid klubu bu keçidə görə ingilislərə 190 milyon avro ödəyəcək.

Bu keçid baş tutsa, Hazard "Real" tarixinin ən bahalı transferi olacaq. Hazırda rekord Qaret Beylə məxsusdu. Madrid klubu uelsli ulduzu 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya alıb.



Reytinq: