Arda Turanla bağlı qərar » Milliyet.Az

Arda Turanla bağlı qərar

Futbolçu cəzalandırılmayıb.
Arda Turanla bağlı qərar

İspaniya kubokunun 1/4 finalında "Barselona"ya qarşı cavab matçında butsunu hakimə atdığı iddia edilən "Atletiko"nun futbolçusu Arda Turan cəzalandırılmayıb.

milliyyet.az-ın Qol.Az-a istinadən verdiyi xəbərə görə, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi türk yarımmüdafiəçini cəzalandırmaya ehtiyac duymayıb.

Görüşün hakimi Xesus Qil Manzanonun protokolunda A.Turanın qarşılaşmanın 48-ci dəqiqəsində butsunu yan xatt həkiminə yox, meydanın kənarına atdığı qeyd edib. Buna görə də qurum oyunçuya cəza tətbiq etməyib.

Xatırladaq ki, "Atletiko" - "Barselona" qarşılaşması ikincilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
  • Sosial şəbəkədə paylaş