» » DÇ-2018: Argentina darmadağın oldu!


DÇ-2018: Argentina darmadağın oldu!

22-06-2018, 01:22
Oxunub: 302
Çap et
DÇ-2018: Argentina darmadağın oldu!

Dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları keçirilir.

Bu gün daha 3 qarşılaşma baş tutub.

Əvvəlcə meydana Danimarka və Avstraliya milliləri çıxıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Fransa isə Peru ilə münasibətlərə aydınlıq gətirib. Avropa təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib.

Günün son matçında isə Argentina Xorvatiya qarşısına aciz qalıb – 0:2. Bununla da Lionel Messinin komandasının qrupdan çıxmaq şansları azalıb.

Dünya çempionatı

II tur, 21 iyun

C qrupu

Danimarka – Avstraliya – 1:1
Qol: Kristian Eriksen, 7 – Mayl Yedinak, 38.
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Samara, “Kosmos Arena”

Fransa – Peru 1:0
Qol: Kilian Mbappe, 34.
Baş hakim: Mohammed Abdulla Hassan (Birləşmiş Ərəb Əmirlikləri)
Yekaterinburq, Mərkəzi stadion

D qrupu

22:00. Argentina – Xorvatiya – 0:3

Qol: Ante Rebiç, 53, Luka Modriç, 80, İvan Rakitiç, 90

Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Nijni Novqorod. Şəhər stadionu



Reytinq: