» » DÇ-2018": Misir yığmasında qalmaqal - Salah komandanı tərk etdi


DÇ-2018": Misir yığmasında qalmaqal - Salah komandanı tərk etdi

21-06-2018, 13:09
Oxunub: 283
Çap et
  DÇ-2018": Misir yığmasında qalmaqal - Salah komandanı tərk etdi


Misir yığmasının hücumçusu Məhəmməd Salahla Misir Futbol Federasiyasının rəhbərliyi arasında dava düşüb.

Fanat.Az xəbər verir ki, bu barədə "Eqipt Tudey” saytı məlumat yayıb.

Bildirilir ki, Salah federasiyanı Misir yığmasının dünya çempionatına hazırlığını yaxşı təşkil etməməkdə günahlandırıb. İddiaya görə, futbolçu bu insidentə görə Səudiyyə Ərəbistanı ilə oyuna çıxmayacağını bildirib və düşərgədən ayrılıb. Onun hətta Rusiyanı vaxtından əvvəl tərk edəcəyi də vurğulanıb.

Qeyd edək ki, Misir yığması bu il dünya çempionatında qarşılaşdığı hər iki rəqibinə uduzub. Komanda səkkizdə bir finala çıxmaq şansını itirib.



Reytinq: