» » Rekord: 1 ildə futbol transferlərinə 4 milyard dollar xərclənib


Rekord: 1 ildə futbol transferlərinə 4 milyard dollar xərclənib

29-01-2015, 17:30
Oxunub: 615
Çap et
Ötən il futbol dünyasında baş tutan transferlərə 4,06 milyard pul xərclənib
Rekord: 1 ildə futbol transferlərinə 4 milyard dollar xərclənib


milliyyet.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, bu rəqəm 2013-cü ilə nisbətən 2,1 faiz artıb.
FİFA-nın Transfer Dəyərləndirmə Sistemi tərəfindən hazırlanan hesabata görə, 2014-cü ildə 13 090 transfer baş tutub. Bu transferlərə xərclənən 4,06 milyard dollar futbol tarixinə rekord kimi də yazılıb.
Ötən il tranferlərə ən çox pul xərcləyən çempionat 1,17 milyard dollarla İngiltərə Premyer Liqası, ikinci pillədə 667 milyon dollarla İspaniya La Liqası yer alıb.
2014-cü ildə transferin ən aktiv ölkəsi Braziliya olub. Bu ölkəyə 646 futbolçu gəlib, 689 futbolçu isə başqa ölkələrin çempionatlarına transfer olunub.



Reytinq: