» » Çempionlar Liqasında oyunların saatı dəyişdi


Çempionlar Liqasında oyunların saatı dəyişdi

30-11-2017, 00:09
Oxunub: 122
Çap et
Çempionlar Liqasında oyunların saatı dəyişdi


UEFA Çempionlar Liqasında növbəti mövsümdən etibarən qrup mərhələsinin oyunları yeni saatda keçiriləcək.

Qurumun aldığı qərara görə, 2018/19 mövsümündən etibarən oyunların yarısı 19:00-da, digərləri isə 21:00-da baş tutacaq.

Bunlar da Bakı vaxtı ilə müvafiq olaraq 22:00 və 00:00-a təsadüf edir.

Nəzərə almaq lazımdır ki, Avropada yay və qış saatlarına keçid tətbiq edilir. Azərbaycanda isə bu ləğv olunduğu üçün yuxarıda qeyd edilən vaxtda 1 saat fərq olması mümkündür.

Qeyd edək ki, hazırda oyunlar yerli vaxtla saat 23:45-də başlayır. Türkiyə, Azərbaycan və Rusiya təmsilçilərinin ev oyunları isə 21:00-da keçirilir.
“Qafqazinfo”



Reytinq: