» » AFFA "Qarabağ"ı cərimələdi


AFFA "Qarabağ"ı cərimələdi

29-11-2017, 15:01
Oxunub: 232
Çap et
AFFA "Qarabağ"ı cərimələdi

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib.

Milliyet.Az Report-a istinadən xəbər verir ki, buna Ağdam komandasının 4 futbolçusunun "Zirə" ilə Azərbaycan Premyer Liqasının XIII tur matçında sarı vərəqə alması səbəb olub.

Qərara əsasən, kluba 800 manat cərimə kəsilib. Səfər oyunu "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu, İntizam Komitəsinin Premyer Liqanın ötən turu ilə bağlı tətbiq etdiyi yeganə cəza olub.



Reytinq: