» » “Qarabağ”-“Atletiko” matçında manitorlar niyə söndürülmüşdü? – AÇIQLAMA


“Qarabağ”-“Atletiko” matçında manitorlar niyə söndürülmüşdü? – AÇIQLAMA

21-10-2017, 00:02
Oxunub: 335
Çap et
“Qarabağ”-“Atletiko” matçında manitorlar niyə söndürülmüşdü? – AÇIQLAMA

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Atletiko” matçında rəqib oyunçunun Dino Ndlovuya qarşı kobud oyunundan sonra stadiondakı monitorlar söndürülüb. Epizodun təkrarına baxmaq istəyən azarkeşlər monitorların söndürülməsindən şikayətləniblər.

Məsələ ilə bağlı axar.az-a danışan “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bu addımın azarkeşlərin təzyiqinin qarşısını almaq üçün atıldığını bildirib:

“Təəssüf ki, hakim Ndlovuya qarşı kobud oyun zamanı penalti təyin etmədi. Əksinə, hücumçumuza ikinci sarı vərəqəni göstərərək, onu meydandan qovdu. Orada 3 cərgədə monitorlar düzülmüşdü və ən üst sıradakı monitorları azarkeşlər görə bilirdi. Epizodun təkrarına baxıldığı zaman göründü ki, orada Dinoya təmas var idi və bu zaman penalti verilməli idi. Azarkeşlər bunu gördü və hakimə üsyan etdilər. Bunu görən UEFA rəsmisi də ən yuxarı sıradakı monitorları söndürdü. Burada məqsəd azarkeşlərin hakimə təzyiqinin qarşısını almaq idi”.



Reytinq: