Erməni nazir: "Avropa Oyunlarında iştirak etməliyik" » Milliyet.Az

Erməni nazir: "Avropa Oyunlarında iştirak etməliyik"

Erməni nazir: "Avropa Oyunlarında iştirak etməliyik"

Ermənistanın gənclər və idman naziri Qabriel Kazaryan ölkəsinin Bakıda keçiriləcək I Avropa Oyunlarında təmsil olunmasının vacibliyindən danışıb. milliyyet.az-ın "Report"a istinadən verdiyi məlumata görə, nazir Avropa Oyunlarında böyük sınaq qarşısında olacaqlarını bildirib.
"Bu il idmançılar, xüsusən də döyüşçülər üçün ağır olacaq" deyən Q.Kazaryan ölkəsini təmsil edəcək idmançıların təhlükəsizliyinə zəmanət verildiyini də vurğulayıb: "Şəxsən mən düşünürəm ki, Ermənistan Avropa Oyunlarında iştirak etməlidir. Bütün tərəflər - Bakı, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi təhlükəsizliyimizə zəmanət verir. Hazırlıqlarımız davam edir, amma rəsmi qərar bir müddət sonra veriləcək".
Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-dən 28-dək davam edəcək.
  • Sosial şəbəkədə paylaş