» » Millinin yeni baş məşqçisi sualları cavablandırdı


Millinin yeni baş məşqçisi sualları cavablandırdı

8-12-2014, 00:02
Oxunub: 735
Çap et
Millinin yeni baş məşqçisi sualları cavablandırdı

Əvvəlcə “Qarabağ” – “Neftçi” matçının ilk hissəsini, daha sonra isə “Xəzər Lənkəran” – “Qəbələ” oyununu izləyən milli komandanın baş məşqçisi Robert Prosineçki oyundan sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Milliyət.az derbi.az-a istinadən həmin açıqlamaları təqdim edir.

- Oyun haqqında fikirlərinizi bildirin zəhmət olmasa.

- Yaxşı futbol izlədik. Təssüf ki bir komanda – “Xəzər Lənkəran” yaxşı futbol oynadı, ancaq bununla belə oyun çox xoşuma gəldi.

- “Neftçi” – “Qarabağ” oyunu haqqında nə deyərdiniz?

- O oyunda hər iki komanda çətinlik çəkirdi. Sadəcə ilk hissəni izləyə bildim. Birinci hissə etibarilə demək olar ki, bu oyun daha maraqlı idi.

- Tofiq Bəhramovdakı oyunu izləmək qabaqcadan planda yox idi. Necə oldu ki fikrinizi dəyişdiniz?

- Bir az vaxtım var idi, düşündüm ki boş keçirməkdənsə turun mərkəzi oyununu izləyim.

- "Qəbələ"nin heyətindəki milli oyunçular barəsində düşüncələriniz nədir?

- Bu gün “Qəbələ” bütün komanda olaraq pis oynadı, konkret ad çəkmək düzgün deyil. Hamsı pis oynadı.

- Gənclər millisinə baş məşqçi təyinatı olmalıdır. Bu barədə sizin fikrinizi soruşublarmı?

- Mənim də fikrimi soruşublar, təkliflər vermişəm. Məşqçilər komitəsi də təkliflər verəcək. Daha sonra isə İcraiyyə Komitəsi ilə birlikdə bir namizəd üzərində dayanacağıq.

- Daha əvvəl bildirmişdiniz ki, gənclərə daha çox üstünlük verəcəksiniz. Bugünkü oyunda gəncləri necə gördünüz?

- İlk gəldiyim vaxtlardan bəri yaxşı istedadlı gənc oyunçular görmüşəm. Müəyyən qeydlərim var. Özünüz də görəcəksiniz, yaxşı komandamız olacaq, istər gənc, istər yaşlı fərq etməyəcək, komandada ən yaxşı oyunçular oynayacaqlar.

- Xorvatiya mətbuatına görə köməkçiniz Yanko Yankoviç, Azərbaycan mətbuatına görə isə Elxan Abdullayev və Faiq Əzizov olacaq. Buna bir açıqlıq gətirsəniz yaxşı olar.

- Spekuliyasiyalara gərək yoxdur. Gələn həftə bu barədə dəqiq məlumat veriləcək.

- Artıq uzun müddətdir Azərbaycandasınız. Bir çox oyun izləmisiniz. Bir fikir formalaşıbmı? Necə bir komanda quracağınız haqqında ilkin qənaətiniz varmı?

- Təbii ki, bu barədə artıq müəyyən fikirlərim var. Ancaq bunu mətbuata açıqlamayacağam.



Reytinq: