» » Qarabağın qələbəsindən sonra Azərbaycan UEFA reytinqində


Qarabağın qələbəsindən sonra Azərbaycan UEFA reytinqində

2-08-2017, 10:05
Oxunub: 214
Çap et
Qarabağın qələbəsindən sonra Azərbaycan UEFA reytinqində
Avrokubokların III təsnifat mərhələsinin cavab matçlarının ilk oyun günündən sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.

Oxu.Az-ın milliyet.az-a istinadən məlumatına görə, Çempionlar Liqasında baş tutan yeganə qarşılaşma cədvəldə dəyişikliyə səbəb olmayıb.

Lakin Moldovada keçirilən “Şerif” – “Qarabağ” görüşü Azərbaycanın xal hesabını artırması ilə nəticələnib. 2:1 hesablı qələbə qazanan Ağdam təmsilçisi ölkəmizin aktivinə daha 0,250 xal gətirib.

Bununla, cari mövsümün qazancı 2,625-ə çatıb. “Qarabağ” hamıdan çox – 0,875 xalın qazanılmasında pay sahibidir. “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xal qazanıb.

Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız isə 17,375-ə çatıb. Bu, irəliləməyimizə imkan verməsə də, 22-ci olan Azərbaycanın mövqeyini möhkəmlətməsi ilə nəticələnib. 21-ci olan Kiprlə xal fərqi 0,325-ə qədər azalıbsa, 23-cü olan İsveçdən 0,400 xal uzaqdadır.

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 89,069 xal.



Reytinq: