Məhşur boksçunun əlcəkləri auksiona çıxardıldı » Milliyet.Az

Məhşur boksçunun əlcəkləri auksiona çıxardıldı

Məhşur boksçunun əlcəkləri auksiona çıxardıldı

Əfsanəvi boksçunun əlcəkləri 1 milyon ABŞ dollarına auksiona çıxarılıb

milliyyet.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, fevralın 21-i ABŞ-da “Əsrin boksçusu” Məhəmməd Əlinin əlcəkləri auksiona qoyulacaq. Məhz? elə bu əlcəklərlə əfsanəvi boksçu ilk dəfə dünya çempionu titulunu qazanıb.
Dünya şöhrətli əfsanəvi boksçu Məhəmməd Əli keçirdiyi 61 döyüşdən yalnız 5 dəfə məğlub olub. 37 dəfə boksçu öz rəqiblərini nakaut vəziyyətinə salıb.

Məlumatınız olsun ki, Liston ilə döyüşündən sonra Kassius Kley “İslam dünyası” adlı təşkilata qəbul olaraq, ismini Məhəmməd Əli ilə dəyişib. Hazırda boksçunun 73 yaşı var və artıq 30 ildir Parkinson xəstəliyindən əziyyət çəkir.

Əfsanəvi boksçunun əlcəkləri 1 milyon ABŞ dollarına auksiona çıxarılıb.
  • Sosial şəbəkədə paylaş