Avropada ilk transfer bombası partladı - RƏSMİ » Milliyet.Az

Avropada ilk transfer bombası partladı - RƏSMİ

Avropada ilk transfer bombası partladı - RƏSMİ


Aleksandr Lakazette gələn mövsüm "Atletiko"da çıxış edəcək. Bu barədə onun çıxış etdiyi "Lion" klubunun prezidenti Jean-Mişel Aulas məlumat verib.

Klub rəhbəri "L`Equipe" qəzetinə açıqlamasında "Lakazettenin transferi ilə bağlı "Atletiko" ilə anlaşmışıq. Buna baxmayaraq, dəqiq söz deyə bilmərəm. Çünki transferin rəsmiləşməsi üçün İdman Arbitaj Məhkəməsinin (CAS) "Atletiko"ya qoyduğu qadağa götrülməlidi" deyib.

"Tansfermarkt"ın 40 milyon avro qiymət qoyduğu Lakazette "Atletiko"nun ödəyəcəyi məbləğ açıqlanmır. Avropa mətbuatı transferin ən azı 50 milyon avroya başa gələcəyini yazır.

Qeyd edək ki, 25 yaşlı forvard cari mövsümdə 45 rəsmi oyuna çıxıb və 37 qol vurub.
Fanat.Az
  • Sosial şəbəkədə paylaş