Barselona yeni baş məşqçisini seçdi - RƏSMİ » Milliyet.Az

Barselona yeni baş məşqçisini seçdi - RƏSMİ

Barselona yeni baş məşqçisini seçdi - RƏSMİ


“Barselona”nın vitse-prezidenti Jordi Mestre baş məşqçi Luis Enrikeni əvəzləyəcək çalışdırıcını tapdıqlarını söyləyib. Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi belə deyib:

“Hə, onun yerini tutacaq mütəxəssisi tapmışıq. Enrike istənilən halda, gedəcək. Ancaq xələfinin adını açıqlamayacam. Bu, mövsümün sonunda komandaya və baş məşqçisinə yaxşı təsir etməz”.

Qeyd edək ki, mətbuatda 3 çalışdırıcının adı “Barsa”yla yanaşı hallanıb. Bunlar Ronald Kuman (“Everton”), Ernesto Valverde (“Atletik”) və Enrikenin sabiq köməkçisi Xuan Karlos Unsuedi.
  • Sosial şəbəkədə paylaş