
Gələn mövsüm üçün böyük planları olan "Qalatasaray" daha bir ulduz futbolçuya elçi düşüb. Fanat.Az xəbər verir ki, İstanbul klubunun Mario Mandzukiçi heyətinə qatmaq istəyində olduğu iddia edilib.
Bu barədə "Fanatik" xəbər yayıb. İddia olunur ki, "Qalatasaray" rəsmiləri artıq futbolçunun meneceri İvan Çvyetkoviçlə görüşüb. "Sarı-qırmızılılar" "Yuventus"un tələb etdiyi 10 milyon avroluq transfer haqqını aşağı salmağa çalışır.
Qeyd edək ki, xorvat ulduz 2007-ci ildə Zaqreb "Dinamo"sundan "Volfsburq"a 7 milyon avroya transfer olunub. 2012-ci ildə "Bavariya" onu 13 milyon dollara alaraq 2 il sonra "Atletiko"ya 22 milyona satıb. "Yuventus" isə 2015-ci ildə xorvat hücumçunu 21 milyon avroya heyətinə qatıb.
30 yaşlı forvard carim mövsümdə 42 rəsmi oyuna çıxıb və 8 qol vurub. "Transfermarkt" hazırda ona 18 milyon avro qiymət qoyub.