» » UEFA-dan Beşiktaşla bağlı ŞOK QƏRAR


UEFA-dan Beşiktaşla bağlı ŞOK QƏRAR

20-04-2017, 09:41
Oxunub: 317
Çap et
UEFA-dan Beşiktaşla bağlı ŞOK QƏRAR


UEFA-nın İntizam Komitəsi Avropa Liqasının 1/4 final mərhələsində baş tutan "Lion" (Fransa) - "Beşiktaş" (Türkiyə) matçı ilə bağlı araşdırmalarını başa vurub. Fanat.Az xəbər verir ki, artıq oyunla bağlı qərarlarını açıqlayıb.

Liondakı matçda baş verən olaylara görə hər iki klub günahkar bilinib və cəzalandırılıb. UEFA həm "Lion"u, həm də "Beşiktaş"a bir il avrokuboklara qatılmaq qadağası qoyub. Lakin cəza 2 illik təxirə salınıb. Bənzər olaylar baş versə, cəza tətbiq olunacaq. Bundan başqa hər iki klub 100 min avro cərimə olunub.

"Beşiktaş" azarkeşləri tərəfindən yandırıcı maddələrdə istifadə edilməkdə, meydana kənar əşya atılmaqda və tribunalarda qarşıqlıq yaratmaqda günahkar bilinib.

"Lion" isə azarkeşləri tribunalarda standartlara uyğun yerləşdirməməkdə, yetərli təhlükəsizlik tədbirləri görməməkdə, komandanın ikinci qolundan sonra fanatların meydana çıxmasında, tribunalar arasındakı pilləkənləri boş buraxmamaqda və yandırıcı maddələrdən istifadə etməkdə günahlandırılıb.

Qeyd edək ki, matçdan əvvəl tribunalarda qarşıqlıq düşmüş və çox sayda azarkeş meydana çıxmışdı. Bu səbəbdən oyun 50 dəqiqə gec başlamışdı. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Cavab qarşılaşması bu gün İstanbulda keçriləcək.



Reytinq: