Lion - Beşiktaş oyunu bu gecə baş tutacaq - YENİLƏNİB » Milliyet.Az

Lion - Beşiktaş oyunu bu gecə baş tutacaq - YENİLƏNİB

Lion - Beşiktaş oyunu bu gecə baş tutacaq - YENİLƏNİB


Avropa Liqasının "Lion" - "Beşiktaş" matçının başlamasına dəqiqə qalmış ara qarışıb. Fanat.Az xəbər verir ki, əvvəlcə tribunalarda iki klubun azarkeşləri arasında dava düşüb.

Ardınca yüzlərlə yerli azarkeş meydana çıxıb. Bu səbəbdən hər iki komandanın futbolçuları paltardəyişmə otağına yollanıb.

Fransa klubunun "Twitter" hesabından verilən açıqlamada bildirilir ki, üst qatdakı tribunalardan aşağıya partlayıcı maddələr və məşəllər atıldığı üçün aşağıdakı fanatlar meydana çıxmaq məcburiyyətində qalıb.

Oyunun təxirə salınacağı deyilsə də, UEFA matçın keçrilməsinə qərar verib. Artıq komandaların isinmə hərəkətləri etməsinə icazə verilib.
  • Sosial şəbəkədə paylaş