Millimizin və "Bursaspor"un futbolçusu Dəniz Yılmaz növbəti dəfə azarkeş tənqidlərinə məruz qalıb.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, ölkə çempionatında "Karabükspor"la oyundan bir gün öncə ailəsi ilə birlikdə restoranda nahar edən zaman bursalı azarkeşlər tərəfindən tənqid edilib.
Onun "Karabükspor"la matçı zədə səbəbindən yox, məhz bu hadisiyə görə buraxdığı məlum olub. Baş verənlərdən sonra həvəsdən düşən D.Yılmaz baş məşqçi Mutlu Topçudan qarşılaşmanın “18-liy”inə salınmamağını xahiş edib.
Qeyd edək ki, D.Yılmaz Türkiyə superliqasında “Kayserispor”a uduzduqları matçda qırmızı vərəqə aldığı üçün azarkeşlər tərəfindən sərt tənqid olummuşdu. Bundan sonra rəhbərlik onu birmüddətlik komandadan uzaqlaşdırmışdı.