AFFA-dan milliyə fantastik mükafat vədi: Almaniyanı udsalar... » Milliyet.Az

AFFA-dan milliyə fantastik mükafat vədi: Almaniyanı udsalar...

AFFA-dan milliyə fantastik mükafat vədi: Almaniyanı udsalar...


AFFA Almaniya ilə matç üçün mükafat fondu müəyyənləşdirib

Milliyet.az "Azerifootball”a istinadən xəbər verir ki, yığmamız almanlara uduzmasa, futbolçular AFFA-dan böyük məbləğdə mükafat alacaqlar.

Məlumata görə, komanda qələbə qazansa, start heyətində yer alan hər futbolçu 100 min, əvəzetmədən meydana çıxanlar 75 min, ehtiyatda qalanlar 50 min manat mükafat alacaqlar.

Yığma heç-heçə etsə, əsas heyətin futbolçuları 75 min alacaqlar. Matçın gedişində oyuna girən futbolçuya bu məbləğin 75, ehtiyatda qalanlara 50 faizi veriləcək.

Qeyd edək ki, Azərbaycan - Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:00-da başlanacaq.
  • Sosial şəbəkədə paylaş