» » Messi "Barsa" rəhbərliyinə siyahı verdi - "5 oyunçunu transfer edin"


Messi "Barsa" rəhbərliyinə siyahı verdi - "5 oyunçunu transfer edin"

4-03-2017, 13:40
Oxunub: 516
Çap et
Messi "Barsa" rəhbərliyinə siyahı verdi - "5 oyunçunu transfer edin"


Argentinalı ulduz Lionel Messinin "Barselona"nın yeni transfer siyahısını hazırladığı haqda iddialar dolaşmaqdadır.

Katalonların baş məşqçisi Luis Enrike mövsüm sonunda komandadan ayrılacağını deyib. Onun yerinə hansı baş məşqçinin gələcəyi haqda söz-söhbətlərin davam etdiyi bir vaxtda komandanın ulduzu Messinin vəziyyətə müdaxilə etdiyi ortaya çıxıb.

Yeni müqavilə üçün şərt qoydu

Milli.Az bildirir ki, Kataloniyanın "Diario Gol" qəzetinin xəbərinə görə, argentinalı ulduz rəhbərliyə istəklərini bildirib. Messi rəhbərlikdən komandanın baş məşçisi postuna "Sevilya"nın çalışdırıcısı Xorxe Sampaolinin gətirilməsini istəyib. Argentinalı məşqçinin komandaya gələcəyi təqdirdə, Messi müqaviləsini artıracağını bildirib.

Hücuma Dembeleni istədi

Komandanın gücləndirilməsi üçün Messinin yeni transferlər haqda da rəhbərliklə danışığı olduğu deyilir. Məlumatlar arasında onun "Barsa" rəhbərliyinin qarşısına beş oyunçunun transferini şərt kimi qoyduğu haqda xəbərlər də yer alıb. Messinin "Barselona"da görmək istədiyi isimlər arasında "Arsenal"ın sağ cinah müdafiəçisi Hektor Bellerin, "Seltik"in fransalı hücumçusu Mussa Dembele və ya "Eybar" forması geyən ispaniyalı hücumçu Serxi Enrixin adı yer alıb.

Təhməz Təkin



Reytinq: