» » Anqolada futbol oyunu zamanı faciə baş verdi


Anqolada futbol oyunu zamanı faciə baş verdi

13-02-2017, 12:09
Oxunub: 522
Çap et
Anqolada futbol oyunu zamanı faciə baş verdi


Hadisə nəticəsində 17 nəfər həyatını itirib
Anqolada futbol oyunu zamanı faciə baş verib.

“Santa Rita” və “Rekreativo” komandalarının oyunundan əvvəl azarkeşlər stadionun darvazasını aşmağa çalışıblar. Nəticədə kütlə arasında sıxlıq yaranıb və yıxılanlar ayaq altda qalaraq ölüblər.

Hadisə nəticəsində 17 nəfər həyatını itirib. Daha 59 azarkeş isə xəsarət alıb. Yaralılardan bir neçəsinin durumunun ağır olduğu bildirilir.



Reytinq: