» » Son hadisədən sonra Afrikada futbolçulara oyun zamanı cadu etmək qadağan edilib


Son hadisədən sonra Afrikada futbolçulara oyun zamanı cadu etmək qadağan edilib

30-12-2016, 22:54
Oxunub: 697
Çap et
Son hadisədən sonra Afrikada futbolçulara oyun zamanı cadu etmək qadağan edilib


Ruanda Futbol Federasiyası futbolçulara oyun zamanı cadu ayinləri icra etməyi qadağan edib. Bu hadisədə “son damla” dekabr ayında yerli çempionatda baş verən gülməli hadisə olub. “Mukura Viktori” və “Rayan Sports” komandaları arasında baş tutan oyun zamanı qonaqların hücumçusu Mussa Kamara rəqiblərindən 1 qol geridə olduqları üçün qarşı tərəfin qapısına yaxınlaşıb və onun yanında kiçik əşya qoyaraq naməlum ayin icra etməyə başlayıb.



Qapıçının futbolçunu qovmasına baxmayaraq gülməli olsa da, təsadüfən istənilən qol vurulub.



Hadisə ilə əlaqədar Ruanda Futbol Federasiyasının qəbul etdiyi qərara əsasən, bundan sonra oxşar hal baş verəcəyi təqdirdə oyunçular 100 min Ruanda frankı (təxminən 120 ABŞ dolları) məbləğində cərimələnəcək və kluba texniki məğlubiyyət veriləcək.



Reytinq: