Azərbaycanın stolüstü tennisçiləri İranda uğur qazanıblar » Milliyet.Az

Azərbaycanın stolüstü tennisçiləri İranda uğur qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri İranda uğur qazanıblar

Yanvarın 17–dən 20-dək İranın paytaxtı Tehran şəhərində böyüklər arasında IV Fəcr Kuboku uğrunda yarışlar keçirilib.

milliyyet.az xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasından AzərTAc-a bildiriblər ki, tədbirdə İranın 6 komandası ilə yanaşı, Rusiya, Qazaxıstan, Türkmənistan, Belarus, Macarıstan, Koreya Respublikası, Livan, İraq , Əfqanıstan, Almaniya , Serbiya və İndoneziya komandaları da mübarizə aparıblar.

Turnirdə ölkəmizi məşqçilər Niyaz Əzimov və Xəyalə Qiyasovanın rəhbərliyi ilə 8 oyunçu (4 kişi və 4 qadın) təmsil edib.

Gərgin mübarizə şəraitində keçən turnirdə qızlar arasında qoşa yarışlarda yığma komandanın üzvləri Rüfət Quliyeva və Məryəm İmanova cütlüyü III yerə sahib olub.
  • Sosial şəbəkədə paylaş