» » 2019-cu il II Avropa Oyunları üçün 7-ci şəhərin namizədliyi qəbul olunub


2019-cu il II Avropa Oyunları üçün 7-ci şəhərin namizədliyi qəbul olunub

20-01-2015, 17:57
Oxunub: 601
Çap et
2019-cu il II Avropa Oyunları üçün 7-ci şəhərin namizədliyi qəbul olunub

2019-cu ildə keçiriləcək Avropa Oyunlarına 7 şəhərin namizədliyi qəbul olunub. milliyyet.az-ın "Report"a istinadən məlumatına görə, Avropa Olimpiya Komitəsi (AOK) 6 şəhərin adını açıqlasa da, sonuncunu gizli saxlayır.
AOK-un 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin adını 2016-cı ilin mayında Türkiyənin Bələk bölgəsində keçiriləcək iclasda açıqlayacağı gözlənilir. Adı açıqlanmayan sonuncu namizədin Çexiyanın Praqa, İngiltərənin Liverpul və ya Türkiyə şəhəri olacağı ehtimal olunur.
Qeyd edək ki, hazırkı namizədlər siyahısında Minsk (Belarus), Qlazqo (Şotlandiya), Amsterdam, Rotterdam (Hollandiya), Kazan (Rusiya), İstanbulun (Türkiyə) adı var.



Reytinq: