» » Ronaldo ilə Zidan arasında gərginlik: anasını söydü (Video)


Ronaldo ilə Zidan arasında gərginlik: anasını söydü (Video)

26-09-2016, 11:10
Oxunub: 604
Çap et
Ronaldo ilə Zidan arasında gərginlik: anasını söydü (Video)


"Real"ın futbolçusu Kriştianu Ronaldo ilə baş məşqçisi Zinəddin Zidan arasında gərginlik yaşanıb.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu La Liqanın 6-cı turunda "Las Palmas"la görüşün (2:2) 72-ci dəqiqəsində əvəzlənməsinə etiraz edib. O, ehtiyat oyunçular skamyasında Z.Zidana qeyri-etik sözlər işlədib. İspaniyanın "Sport" qəzeti Ronaldonun baş məşqçi barədə "Fahişə oğlu" ifadəsini işlətdiyini iddia edib.

Oyundan sonra Z.Zidan Ronaldonun əvəzləməsinin səbəbi haqda danışıb:

"Çərşənbə günü də oynadığımız üçün ona istirahət verməli idim. Ronaldo yaxşı oynadı, buna baxmayaraq, dəyişiklik etməliydim. Çünki Çempionlar Liqasında da oyunumuz var".







Reytinq: