DataLife Engine > Gündəm > Dünyanı ŞOKA SALAN Simpsonlar gələcəyi necə bilir? - İllər sonra AÇIQLADILAR / VİDEO

Dünyanı ŞOKA SALAN Simpsonlar gələcəyi necə bilir? - İllər sonra AÇIQLADILAR / VİDEO


26-07-2019, 15:05. Разместил: sasaza
Dünyanı ŞOKA SALAN Simpsonlar gələcəyi necə bilir? - İllər sonra AÇIQLADILAR / VİDEO

Dünyanın ən uzun müddət yayımlanan serialı olan “Simpsonlar”, 30 ildir ki, izlənmə reytinqlərinin üst sıralarında qərarlaşıb.

ABŞ-ın “FOX” televiziyasında yayımlanan serialın baxımlı olmasına səbəb səhnələşdirilən hadisələrin illər sonra reallaşmasıdır. BBC-yə açıqlama verən serialın ssenaristləri, gələcəyi necə təxmin etdiklərinə münasibət bildiriblər. Ssenarist Al Janın sözlərinə görə, əslində onlar serialda gələcəkdə baş verə biləcək çox sayda hadisələri səhnələşdirirlər. Bu hadisələrdən bir neçəsinin həyata keçməsi normaldır.

Ssenarist Stefan Gillis isə qeyd edib ki, onlar dünyada baş verən hadisələri diqqətlə izləyərək, proqnozlar irəli sürürlər. Ssenaristlər Donald Trampın prezident seçilməsi barədə proqnozların həyata keçməsinə və digər suallara da aydınlıq gətiriblər.

“2000-ci ildə "hansı komik məşhur prezident ola bilər"- deyə düşündük. Trampın "bir gün prezidentliyə namizəd olacam” sözlərini diqqətə alaraq, ssenari yazdıq. 11 sentyabr hadisələri ilə bağlı iddialar isə sırf təsadüfdür. Simpson ailəsinin Nyu-Yorka getməsi, 9 dollar və əkiz qüllələrin olduğu qapağın nümayiş olunması da tamamilə təsadüf idi”.

Qeyd edək ki, bəzi dairələr serialın ssenarisinin ABŞ siyasətində mühüm rol oynayan gizli qüvvələr tərəfindən yazıldığını irəli sürür.


redaktor.az
Вернуться назад