DataLife Engine > Gündəm > Yol polisindən geniş miqyaslı gecə əməliyyatı

Yol polisindən geniş miqyaslı gecə əməliyyatı


8-12-2014, 12:17. Разместил: Gündüz Hüseynov
Yol polisindən geniş miqyaslı gecə əməliyyatı

Bakıda yol hərəkəti təhlükəsizliyini gücləndirmək və sərxoş, plyonkalı sürücülərin, gecə paytaxtda narahatlıq yaradan avtoşların qarşısını almaq üçün dünən başlayan genişmiqyaslı əməliyyat davam etdirilir.

Qaynarxəbər.com İstiqlal.az-a istinadən xəbər verir ki, əməliyyatda iştirak edən əməkdaşının sözlərinə görə, Bakı şəhər Dövlət Yol Polisi rəhbərliyinin də iştirak etdiyi, çoxsaylı polis əməkdaşlarının qatıldığı və bütün paytaxt ərazisini əhatə edən genişmiqyaslı əməliyyatda qayda pozuntusuna yol verən sürücülərlə bağlı sərt ölçü götürülür. Həbslərin də olacağı istisna deyil.

Əməliyyat səhərə qədər davam edəcək.

Xatırladaq ki, ötən gecə keçirilən əməliyyatda kobud qayda pozuntusuna yol verən 16 sürücü həbs edilmişdi.
Вернуться назад