» » Azərbaycanda polis uşağı yanan evdən belə xilas etdi – FOTOLAR


Azərbaycanda polis uşağı yanan evdən belə xilas etdi – FOTOLAR

26-06-2016, 18:51
Oxunub: 475
Çap et
Azərbaycanda polis uşağı yanan evdən belə xilas etdi – FOTOLAR


Yanğın nəticəsində evdə qalan azyaşlı qızın həyatı üçün təhlükə yaranıb.

Ötən gün Yasamal rayonu Abdulla Şaiq küçəsi 48A ünvanında qaz sızması nəticəsində güclü yanğın olub.

Yanğın zamanı iki elektrik sayğacı və bir neçə metr kabel yanıb.

Yanğının evin giriş qapısının əhatə etməsi evdə olan azyaşlının həyatı üçün təhlükə yaradıb.

Əraziyə cəlb olunan Yasamal Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları azyaşlını alovun caynağından xilas ediblər.

Sonradan yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən alınıb.
Azərbaycanda polis uşağı yanan evdən belə xilas etdi – FOTOLAR



Reytinq: