» » Sumqayıtın tanınmış iş adamı dünyasını dəyişdi


Sumqayıtın tanınmış iş adamı dünyasını dəyişdi

4-06-2016, 23:29
Oxunub: 530
Çap et
Sumqayıtın tanınmış iş adamı dünyasını dəyişdi


Sumqayıtlı iş adamı Əhədov Ağamirzə Qulam oğlu uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib. Məlumata görə A. Əhədov xarici ölkələrin birində müalicə aldığı xəstəxanada vəfat edib. Mərhum sabah doğulduğu kənddə torpağa tapşırılacaq.
O, 18 oktyabr 1937-ci ildə Ucar rayonunun Çiyni kəndində anadan olub. O, 1959-cu ilin yanvarında Sumqayıta gəlib və Azərbaycan Boruyayma zavodunun marten sexində işə başlayıb. 1968-ci ildə Sverdlovsk Sənaye institutunu bitirimiş, iqtisadçı ixtisasına yiyələnmişdir. Sumqayıt "Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur.
YAP Sumqayıt şəhər təşkilatının şura üzvüdür. Ailəlidir, 5 övladı var. Sumqayıt şəhərində yaşayırdı.
Allah rəhmət eləsin!
Xeberle.com



Reytinq: