» » Əfqanıstanda təyyarə qəzasında həlak olan azərbaycanlıların adları açıqlanıb


Əfqanıstanda təyyarə qəzasında həlak olan azərbaycanlıların adları açıqlanıb

20-05-2016, 01:20
Oxunub: 694
Çap et
Əfqanıstanda təyyarə qəzasında həlak olan azərbaycanlıların adları açıqlanıb

Əfqanıstanda Azərbayana məxsus təyyarə qəzaya uğrayıb. Qeyri-dəqiq məlumata görə, Əfqanistanın Gilmənd əyalətində Əfqanistan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur.

İnterAz "Anspress"-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verib.

Əldə olunan məlumata əsasən, heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.

İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunurdu. Heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.

Ötən gün Əfqanıstanda baş vermiş "Silk Way" avia-şirkətinə məxsus təyyarənin qəzasında həlak olanların şəxsiyyəti açıqlanıb.

Qəzada həyatını itirənlər :

- Rəşid Şaydanov (Komandir)

- Altay Abdullayev (İkinci pilot)

- Nadir Rzayev (Bort Mexaniki)

- Nazim Əsədullayev (Şturman)

- Firdovsi Əliyev (Bort radist)

Məlumatı həyatlarını itirən həmyerlilərimizin yaxınları çatdırıb. Siyahı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hələki təsdiq olunmayıb.



Reytinq: