» » Təcili! Qarabağla bağlı mühüm - Açıqlama


Təcili! Qarabağla bağlı mühüm - Açıqlama

18-05-2016, 13:46
Oxunub: 562
Çap et
Təcili! Qarabağla bağlı mühüm - Açıqlama

Azərbaycan Ordusu 800 deyil, 2000 hektar ərazini işğaldan azad edib

Aprel hadisələri zamanı Azərbaycan 2000 hektar ərazisini işğaldan azad edib.


APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti bərpa etdiyi ərazilərdə bir neçə strateji yüksəklik də var.


"Həmin yüksəkliklərdən Dağlıq Qarabağ ərazisinin xeyli hissəsinə nəzarət etmək mümkündür", - deyə mənbə əlavə edib.


Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Vyana danışıqlarından dönərkən erməni jurnalistlərə müsahibəsində "aprel hadisələri zamanı 800 hektar ərazi itirdiklərini" deyib.


O bildirib ki, Ermənistan Silahlı Qüvvələri təhlükəsizlik məqsədi ilə istifadə etdiyi 800 min hektar ərazinin 800 hektarını itirib: "İtirilən torpaqlar heç bir strateji və taktiki əhəmiyyətə malik deyil".



Reytinq: