» » Azərbaycan Ordusunun hərbçisi şəhid olub


Azərbaycan Ordusunun hərbçisi şəhid olub

17-05-2016, 12:24
Oxunub: 526
Çap et
Azərbaycan Ordusunun hərbçisi şəhid olub

Münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəs rejiminin pozması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.

Bu barədə SalamNews-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib. Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Allah rəhmət eləsin!



Reytinq: