» » Yalnız bu müəllimlərin maaşı 2 dəfə artacaq


Yalnız bu müəllimlərin maaşı 2 dəfə artacaq

17-01-2015, 01:22
Oxunub: 1824
Çap et
Yalnız bu müəllimlərin maaşı 2 dəfə artacaq

“Bu sərəncam etap-etap keçən sınaq imtahanlarından müsbət nəticə toplayan müəllimlərə aid ediləcək. Elə müəllimlər var ki, onlar bu imtahanlardan hələ ki, keçməyib. Amma həmin müəllimlər də müvafiq imtahanlardan keçəcəklər və müsbət nəticə göstərəndən sonra onların da maaşları sərəncama uyğun olaraq qalxacaq.”

milliyyet.az xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Kamilə Əliyeva Modern.az saytına müəllimlərin aylıq əmək haqlarının və dərs saatlarının artırılmasına aydınlıq gətirərkən bildirib.
Onun sözlərinə görə ixtisardan söz gedə bnilıməz. Sadəcə imtahan zamanı müəyyənləşdirilmiş keçid balını toplayan müəllimlərin dərs saatı maaşları artırılacaq:

“Buradan belə görünür ki, müəllimlərin əksəriyyətinin maaşı qalxacaq. Çünki məlumata görə imtahanlarda qoyulan keçid balını az qisim müəllimlər toplaya bilməyib ki, onlara bu sərəncam şamil olunmur. Amma keçid balını keçən müəllimlərin dərs saatı artırılmaqla maaşları da iki dəfə qaldırılacaq.”

Millət vəkili Elm və Təhsil Komitəsinin üzvü kimi bu qərardan razılığını bildirir: " Mənə elə gəlir ki, belə də olmalıdır. Çünki elə müəllim var ki, məktəbə gəlir, çox əziyyət çəkir, eləsi də var ki, qeyri-ciddi şəkildə işinə yanaşır. Təbii ki, bunların arasında fərq olmalıdır. Qərarda da bu əks olunur. Özü də az yox iki dəfə çox artırılacaq. Bilirsiniz bu nə deməkdir?!"

Sonda komitə üzvü maraqlı bir məqama da toxunub: “Yəqin ki, testdən keçməyən müəllimlər üçün də bir tədbir görüləcək. Bu belə qalmaycaq. Həm də şərait elə gətirəcək ki, o müəllimlərin özüləri çıxıb gedəcəklər. Çünki güclülər qalib gələcək, uğur qazana bilməyən müəllimlər isə özləri könüllü çıxıb gedəcəklər. Bunu da şərait o cür tələb edəcək.”

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılır.



Reytinq: