» » İrəvanın İran yolu bağlandı


İrəvanın İran yolu bağlandı

4-12-2014, 17:22
Oxunub: 614
Çap et
İrəvanın İran yolu bağlandı


Ermənistanı İranla birləşdirən avtomobil yolu bağlanıb.

Milliyət.az Anspress.com-a istinadən məlumatına görə, hadisə yolun Qafan - Meğri sahəsində baş verib. Yolun üzərinə qaya uçub.

Sözügedən yol qış vaxtı ermənilərin əsas həyati əhəmiyyətli yollarından biridir. Ermənilər həmin yolla İrandan mazut və başqa lazımi materiallar gətirir. Ermənistanda əyalət evləri əsasən mazut, odun və qismən də təzəklə qızdırılır.

Ermənistan Nəqliyyat Nazirliyinin məlumatına görə, hazırda yolun təmizlənməsi gedir.



Reytinq: