» » Türkiyənin Dağlıq Qarabağ məsələsində geri addım atmağı əsla mümkün deyil - Rəcəb Tayyib Ərdoğan


Türkiyənin Dağlıq Qarabağ məsələsində geri addım atmağı əsla mümkün deyil - Rəcəb Tayyib Ərdoğan

16-01-2015, 10:53
Oxunub: 723
Çap et
Türkiyənin Dağlıq Qarabağ məsələsində geri addım atmağı əsla mümkün deyil - Rəcəb Tayyib Ərdoğan

Son dərəcə ətraflı və səmimi fikir mübadiləsi apardıq, ikitərəfli əlaqələrimizə, milli təhlükəsizliyimizə dair mövzuları regional və beynəlxalq məsələlər çərçivəsində müzakirə etdik. Təbii ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələrin hazırkı mərhələsində son məlumatları da öyrənmiş oluruq.

milliyyet.az-ın SalamNews-a istinadən məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, təəssüf ki, Minsk qrupu bu məsələdə hələ də qətiyyətli bir addım atmamaqla bu proses bir vaxt itirmə taktikası ilə davam etdirilir. Münaqişə ilə bağlı beynəlxalq qərarların qəbul edilməsinə baxmayaraq, bu prosesin hələ də vaxt itirmə taktikası ilə davam etdirilməsi üzücüdür. Xüsusən bu məqamı burada yenidən xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli istiqamətində Azərbaycana dəstəyimiz bundan sonra da eyni qətiyyətlə davam edəcəkdir. Son dərəcə həssas olduğumuz, hər fürsətdə də dilə gətirdiyimiz bu mövzuda Türkiyə olaraq bizim mövqeyimiz qətidir. Görüşümüzdə bu məsələləri də ayrıca müzakirə etdik və bundan geriyə addım atmağımız əsla mümkün deyildir.



Reytinq: