» » Deputat Nəriman Əliyevin diplomu da saxta çıxdı – RÜSVAYÇILIQ


Deputat Nəriman Əliyevin diplomu da saxta çıxdı – RÜSVAYÇILIQ

3-03-2016, 11:18
Oxunub: 1573
Çap et
Deputat Nəriman Əliyevin diplomu da saxta çıxdı – RÜSVAYÇILIQMilli Məclisin üzvü Nəriman Əliyevlə bağlı daha bir ilginc iddia ortaya atılıb. Daxil olan məlumatda iddia edilir ki, guya Masallıdan olan deputat Nəriman Əliyevin diplomu saxtadır. Qeyd edək ki, sözügedən millət vəkili 1985-ci ildə Bakı Ticarət Texnikumuna daxil olub və 1988-ci ildə hərbi xidmətdən tərxis olduqdan sonra təhsilini davam etdirərək, adıçəkilən təhsil qurumunun məzunu olub. Tərcümeyi-halında yazıldığına görə, Nəriman Əliyev 1998-2003-cü illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb və oranı bitirib. Həmçinin o da məlum olub ki, millət vəkili 1999-cu ildə «Nur-M» MMC adlı şirkəti təsis edib.
2010-cu ildən Milli Məclisin deputatı olan Nəriman Əliyev YAP-ın üzvüdür və hazırda parlamentdə hüquq komissiyasında təmsil olunur.
Mənbənin sözlərinə görə, Nəriman Əliyev Rostov Dövlət Universitetində oxumayıb və aldığı diplom da guya, saxtadır. Hətta bu iddianı irəli sürən şəxs onu da israrla bildirir ki, deputat ümumiyyətlə, rus dilində bilmir.
Qeyd edək ki, bu olduqca ağır bir iddiadır və həmin fikirləri paylaşmırıq. Amma hesab edirik ki, cənab deputat bununla bağlı açıqlama verərək, məsələyə tam aydınlıq gətirə bilər. Və ümid edirik ki, Nəriman Əliyev bu addımı atacaq.

AzToday.az



Reytinq: