» » Bakı metrosunda dəhşət: qatar azyaşlı oğlanı sürüklədi - Video


Bakı metrosunda dəhşət: qatar azyaşlı oğlanı sürüklədi - Video

13-01-2015, 19:30
Oxunub: 668
Çap et
Bakı metrosunda dəhşət: qatar azyaşlı oğlanı sürüklədi - Video

Bu gün axşam saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında olduqca təhlükəli insident yaşanıb.

Belə ki, 8-9 yaşlarında bir oğlan uşağı metro qatarının altında qalıb. milliyyet.az Axar.az-a istinadən xəbər verir ki, naməlum səbəblərdən ilişərək, sonuncu vaqonun arxasına düşən uşaq qatarın hərəkətə keçməsi nəticəsində bir neçə metr sürütlənib.

Həyatı təhlükə altında qalan uşağın anasının fəryadı sərnişinlərin diqqətini baş verən hadisəyə cəlb edib.

Metropolitenin əməkdaşlarının və polisin səyləri nəticəsində qatarın hərəkətini durdurmaq mümkün olub və uşaq xilas edilib. Xoşbəxtlikdən azyaşlı uşaq sağ qalıb, heç bir bədən xəsarəti almayıb.

Aşağıda videogörüntüləri diqqətinizə çatdırırıq.



Reytinq: