» » Azərbaycan şirkəti benzinin qiymətini endirdi


Azərbaycan şirkəti benzinin qiymətini endirdi

13-01-2015, 18:28
Oxunub: 810
Çap et
Azərbaycan şirkəti benzinin qiymətini endirdi

Azpetrol "Premium" markalı yanacağın pərakəndə satış qiyməti ilə bağlı məlumat yayıb.
milliyyet.az Milli.az-a istinadən xəbər verir ki, son dövrdə dünya bazarlarında neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar "Azpetrol" şirkəti tərəfindən "Premium" markalı yanacağın pərakəndə satış qiymətinə yenidən baxılıb və 13 yanvar 2015-ci il tarixindən həmin yanacağın 1 litrinin pərakəndə satış qiyməti 95 qəpikdən 93 qəpiyə endirilib.

30 dekabr 2014-cü il tarixli 1167-İVQD saylı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yol vergisinin yanacağın 1 litrinin qiymətinə 2 qəpik əlavə edilərək "Premium" markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 13 yanvar 2015-ci il tarixindən 95 qəpik olaraq müəyyən edilib.



Reytinq: