» » Mədət Quliyev Eldar Mahmudovun qadağasını ləğv etdi - "Zəng edə, ailələri ilə görüşə biləcəklər"


Mədət Quliyev Eldar Mahmudovun qadağasını ləğv etdi - "Zəng edə, ailələri ilə görüşə biləcəklər"

10-12-2015, 14:32
Oxunub: 611
Çap et
Mədət Quliyev Eldar Mahmudovun qadağasını ləğv etdi - "Zəng edə, ailələri ilə görüşə biləcəklər"Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun tətbiqinə real olaraq başlanılıb.

milliyyet.az xəbər verir ki, bu haqda Modern.az saytına vəkil Cavad Cavadov məlumat verib. O qeyd edib ki, bu dəyişiklik nazirlik rəhbərliyinin dəyişməsi ilə bağlıdır:

“Artıq həbsdə saxlanılan şəxslər qanunun tələbinə görə, zəng etmək hüququndan istifadə edirlər və ailələri ilə görüşmək hüququ təmin olunur. Bu təcridxananın hüquqi statusu məsələsini kənara qoysaq, dəyişikliyi müsbət addım kimi dəyərləndirmək lazımdır. Çünki bu hüquqlar Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında indiyə kimi təmin olunmurdu”.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinə rəhbərliyi nazirin birini müavini, general-leytenant Mədət Quliyev həyata keçirir. Hazırda nazirlik eks-nazir Eldar Mahmudovun kadrlarından təmizlənir.



Reytinq: