Rusiyalı siyasətçidən ŞOK TƏKLİF: “İstanbula atom bombası ataq!" » Milliyet.Az

Rusiyalı siyasətçidən ŞOK TƏKLİF: “İstanbula atom bombası ataq!"

"İstanbulu yox eləmək bizim üçün çətin deyil"
Rusiyalı siyasətçidən ŞOK TƏKLİF: “İstanbula atom bombası ataq!"Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Türkiyə-Rusiya gərginliyinə özünəməxsus şəkildə münasibət bildirib. Lent.az-ın məlumatına görə, Azərbaycan barədə də zaman-zaman yersiz ifadələr işlədən siyasətçi bu dəfə də dünyanı özünə güldürməyə iddialıdır.

Moskva radiosuna danışan Jirinovski təklif edib ki, Rusiya İstanbula atom bombası atsın. O deyib: “İstanbulu yox eləmək bizim üçün çətin deyil. Dənizin ortasına bircə atom bombası atsaq, yaranan sunami 9 milyonluq (!) şəhəri yerlə bir edər”.

Açıqlamadan Jirinovskinin nə qədər bilgisiz olduğu da dərhal görünür. Belə ki, artıq illərdir ki, İstanbul 15 milyona çatan əhali sayı ilə dünyanın ən böyük meqapolislərindən biridir.
  • Sosial şəbəkədə paylaş