» » Hacıbala Abutalıbov sahibkarı aldadıb? - FOTOLAR


Hacıbala Abutalıbov sahibkarı aldadıb? - FOTOLAR

30-10-2015, 11:55
Oxunub: 771
Çap et
Sürüşmə zonasında fərdi yaşayış evi 3 ildir sökülməyibİş adamı Mahirə Əsədova Bakı merini ittiham edir
Sahibkar Mahirə Əsədova Prezident İlham Əliyevə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən aldadıldığını bildirir. Belə ki, iki il öncə icra hakimiyyəti sahibkara Əhmədli-1 sürüşmə zonasında olan fərdi evinin əvəzinə qeyri-yaşayış sahəsinin verilməsini vəd edərək evinin sökəcəyini bildirib. Amma bu, vəd olaraq da qalıb.

M.Əsədova Xətai rayonunun General Şıxlinski küçəsi, 59 saylı binanın yaxınlığında yerləşən evin sahibidir: "Bu ünvanda 200 kvadratmetr torpaq sahəsi və onun üzərində yerləşən birmətəbəli ev mənə məxsusdur. Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasında yerləşən Əhmədli-1 sürüşmə zonasında 2012-ci ilin fevralında torpaq sürüşməsi baş verdi. Gəncə prospekti, 63-65 nömrəli binalarda yaşayan ailələri üç gün ərzində evlərindən çıxarıldılar. Sürüşmə bir neçə evə və obyektlərə ziyan vurdu. Mənim evim dağıntıya məruz qalmasa da, istismarı təhlükə mənbəyi olaraq qalır.

Bildiyiniz kimi 2012-ci ildə baş verən sürşüməyə görə, komissiya yaradıldı və yüksək vəzifəli məmurlar hadisə yerinə gəldilər. Mer Hacıbala Abutalıbov açıqlama verdi ki, sürüşmənin qarşısını almaq üçün iki fərdi ev sökülməlidir. Bura sürüşmə zonasıdır və burada ev ola bilməz. Onun nəzərdə tutduğu mənzillərdən biri mənə məxsusdur. Amma bu günə qədər evim sökülməyib. Bu ev sökülməyənə qədər Gəncə prospekti, 63-65 nömrəli binalarda yaşayan ailələrin həyatına təhlükə həmişə olacaq. Bir yandan yağan yağışlar, bir yandan evim sürüşmə zonasında aktivlik yaradır.
Hacıbala Abutalıbov bildirmişdi ki, guya evimin sənədləri yoxdur. Merin həm dedikləri, həm də fəaliyyəti göstərdi ki, o, ictimaiyyəti və yüksək vəzifəli dövlət məmurlarını aldadıb. Əmlakın müvafiq sənədləri var".
Hacıbala Abutalıbov sahibkarı aldadıb? - FOTOLAR

Hacıbala Abutalıbovun sənədsiz dediyi fərdi evə Bakı Şəhər İcra Hakimiyyətinin Ekspertiza Mərkəzi 25.09.2008-ci il tarixdə "Xətai rayonu, General Şıxlinski küçəsi, 59 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsində 1 mərtəbəli, zirzəmili, mansarlı fərdi yaşayış evi" layihəsinə rəy verib. Həmin rəyi də sahibkar bizə təqdim etdi.
Əməkdaşımız sözügedə ünvana gedərək həmin evin sürüşmə ərazisində olduğunun şahidi olub. Sürüşmə nəticəsində evin qapı və pəncərələri də istismara yararsız vəziyyətə düşüb. Tikilinin uçma təhlükəsi var. Belə ki, son günlər Bakıda müşahidə olunan yağışlı hava şəraiti paytaxt ərazisində sürüşmə sahələrini aktivləşdirib. Ərazidə evlərin də olması sürüşməni sürətləndirir.
Şıxlınksi küçəsi ilə Gəncə prospekti arasında yerləşən yamacda sürüşmə aktivliyi bu gün də müşahidə olunur. Burada 2 metrə yaxın çatların əmələ gəldiyinin şahidi olduq.
Mütəxəssislər bildirir ki, SSRİ dövründə Bakı şəhəri ərazisində qrunt sularını sorub götürən 500-ə yaxın quyu var idi. Həmin quyular qrunt sularının səviyyəsinin qalxmasına imkan vermirdi. Amma SSRİ süqut etdikdən sonra həmin quyular da dağılıb.

Ekspertlər həmin quyuları bərpa olunmasını mümkünsüz hesab edir. Onların əvəzinə yenilərinin qazılmasını təklif edirlər. Bakı şəhərində qrunt, yəni yeraltı suların idarə olunması mexanizmi yaradılmasına ehtiyac olduğu vurğulanır. Bu isə əsas iki - texnogen və təbii amillər hesabına baş verir. Atmosfer çöküntülərinin artması da qrunt sularının səviyyəsinin artmasına imkan verir.

Ramid İBRAHİMOV
Fotolar müəllifindir
Hacıbala Abutalıbov sahibkarı aldadıb? - FOTOLAR

Hacıbala Abutalıbov sahibkarı aldadıb? - FOTOLAR

Hacıbala Abutalıbov sahibkarı aldadıb? - FOTOLAR

Hacıbala Abutalıbov sahibkarı aldadıb? - FOTOLAR

Hacıbala Abutalıbov sahibkarı aldadıb? - FOTOLAR



Reytinq: