» » Eldar Mahmudovdan sonra daha bir yüksək vəzifəli məmurun “şah sarayı”nın görüntüləri yayılıb - Foto


Eldar Mahmudovdan sonra daha bir yüksək vəzifəli məmurun “şah sarayı”nın görüntüləri yayılıb - Foto

28-10-2015, 16:35
Oxunub: 1579
Çap et
Daha bir yüksək vəzifəli məmurun “şah sarayı”
Eldar Mahmudovdan sonra daha bir yüksək vəzifəli məmurun “şah sarayı”nın görüntüləri yayılıb - Foto
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra yüksək vəzifəli şəxslərin var – dövləti, möhtəşəm sarayları medianın gündəminə gəlib.

İnterAz xəbər verir ki, “Qafqazinfo” ötən gün E. Mahmudovun Badamdar qəsəbəsində yerləşən “şah sarayı”ndan fotolar yayıb və bu ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Azpolitika.info saytı isə Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun qəsr kimi villasının fotolarını dərc edib. Sayt yazır ki, 1972-ci il təvəllüdlü Cəbrayıl Xanlarov bu vəzifəyə agentlik yarandığı gündən – 2006-cı ildən rəhbərlik edir. Xəbərə görə, rəisin Bakının Bilgəh qəsəbəsində hazırda yaşadığı malikanənin ərazisində tikdiyi yeni – 5 mərtəbəli sarayında son təmir-tamamlama işləri görülməkdədir: “Fotodan da göründüyü kimi, bu ev deyil, heç villa da deyil – sözün əsl mənasinda şah sarayıdır! Məlumat üçün bildirək ki, Bilgəh qəsəbəsində nazir Kəmaləddin Heydərovun da villası var, amma şahidlərin bildirdiyinə görə heç bunun yarısının yarısı qədər də deyil..”.

“Şah sarayı”nın fotolarını təqdim edirik:
Eldar Mahmudovdan sonra daha bir yüksək vəzifəli məmurun “şah sarayı”nın görüntüləri yayılıb - Foto
Eldar Mahmudovdan sonra daha bir yüksək vəzifəli məmurun “şah sarayı”nın görüntüləri yayılıb - Foto



Reytinq: