» » Qandallanan Aparat rəhbəri ilə bağlı ŞOK FAKTLAR – Vidadi Zeynalovun mülkləri və ortaqları açıqlandı


Qandallanan Aparat rəhbəri ilə bağlı ŞOK FAKTLAR – Vidadi Zeynalovun mülkləri və ortaqları açıqlandı

28-10-2015, 12:04
Oxunub: 2825
Çap et
Qandallanan Aparat rəhbəri ilə bağlı ŞOK FAKTLAR – Vidadi Zeynalovun mülkləri və ortaqları açıqlandı

MTN işi ilə əlaqədar həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın Aparat rəhbəri Vidadi Zeynalovla bağlı maraqlı faktlar yayılıb. Həbs olunana qədər faktiki olaraq nazirlikdə qeyri-rəsmi əsas söz sahibinə çevrilmiş və nazirliyin “qara qutusu” adını daşıyan Vidadi Zeynalovla bağlı şok məlumat yayılıb.

Məlumat verən etibarlı mənbənin bildirdiyinə görə, Vidadi Zeynalov bu illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünün var dövlətini artırıb: “Vidadi Zeynalov Goranboy rayonunda “Gülüstan”, İsmayıllı rayonunda isə “Çaynik” adlı istirahət mərkəzləri tikdirib. Gornaboy rayonundakı “Gülüstan” istirahət mərkəzinə Vidadi Zeynalovun yaxın qohumu və həmkəndlisi, Yevlax rayon Kövər kənd icra nümayəndəsi Oqtay Məmmədov nəzarət etdiyi bildirilir.

Bundan başqa Vidadi Zeynalovun Bakı şəhəri Qaraçuxur qəsəbəsində dəyəri milyonlarla ölçülən villası, Quba rayon Qəçrəş kəndində isə dəbdəbəli imarəti var.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin Türkiyə, Gürcüstan və Yunanıstanda da mənzilləri mövcud olduğu da iddia edilir.

Onun rayonlardakı bütün qovşaq rəislərindən hər ay “aylıq” aldığı və regionlarda qovşaqlara fiber kabel çəkilişləri köçürülən yüz min manatlarla vəsaitlərdən də özünə faiz götürdüyü də iddia olunur. Qeyd olunur ki, Vidadi Zeynalov köhnə ATS-lərin sökülməsi zamanı da milyonlarla dollar mənimsəyib.

O da bildirilir ki, Vidadi Zeynalov Kürdəmirin icra başçısı Ceyhun Cəfərovla yeznə-qayındır və aparat rəhbərinin icra başçısı ilə ortaq biznesinin olduğu da iddia olunur. Bu biznes isə Bakıda fəlaiyyət göstərən taksi şirkətlərinə avtomobillərin icarəyə verilməsidir. Nazirliyin aparat rəhbəri qayni ilə birgə qurduğu yeni biznes çərçivəsində ölkəyə 50 yaxın bahalı avtomobil gətirdərək taksi xidməti ilə məşğul olan şirkətə icarəyə verib. Həmin avtomobillərin hər birinə görə V.Zeynalovun adamları gündəlik olaraq 25 manat toplayırlar. Bu isə V.Zeynalova hər ay 40 min manata yaxın qazanc gətirir.

Məlumatda iddia edilir ki, aparat rəhbəri ilə icra başçısı həmin maşınlaırn alınması üçün 1,3 milyon manata yaxın xərc çəkiblər. Mənbə bildirir ki, əslində Vidadi Zeynalov özü taksi xidməti göstərən şirkət açmaq istəyib. Hətta bunun üçün ofis, qaraj və sair texniki məsələlər də həll olunubmuş. Lakin son anda V. Zeynalov fikrindən vaz kecib.

Mənbə nazirliyin aparat rəhbərinin bu fikrindən vaz keçməsini belə əsaslandırır ki, V.Zeynalov indiki iqtisadi problemlərin fonunda daha böyük iş qurmaqla gündəmə gəlməkdən ehtiyyat edib. Yəni düşünüb ki, gec-tez bu məsələ ictimailəşəcək və o zaman problemlə uzləşəcək. Çunki 800-1000 manat arasında maaş alan bir məmurun milyonlarla manat dəyərində şirkət yaratması ciddi səs-küy doğura bilər. Buna görə də, V.Zeynalov yeni girişdiyi taksi biznesi sahəsində hələlik ilkin addım kimi xaricdən gətirtdirdiyi avtomobilləri taksi şirkətinə icarəyə verməklə kifayətlənib.

O da qeyd olunur ki, Vidadi Zeynalovun həbsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi içərisində geniş təmizləmələrə səbəb olacaq. Belə ki, illərdən bəri V.Zeynalovun himayəsində nazirlikdə “at oynadanlar”ın sonu çatıb. Onlardan birinin də Sumqayıt Telekommnuikasiya Qovşağının rəisi Akif Əsgərov olduğu bildirilir. Qeyd olunur ki, V.Zeynalovun himayəsində “qaz vurub, qazan dolduran” A.Əsgərov son əməliyyatla 300 min manat “əldə edib”.

Məlumata əsasən 2013-cü ildə Sumqayıt Telekommnuikasiya Qovşağında 100 min metrdən artıq kabel yenilənib və köhnə kabellər yenisi ilə əvəzlənib. Bundan başqa keçən il ayrı-ayrı müəssisə və təşkilatlara ümumilikdə 40 min metrə yaxın fiber optik internet kabeli çəkilib. Lakin bu yenilənmə işi korrupsiyasız ötüşməyib. Belə ki, iddaya əsasən Sumqayıt Telekommnuikasiya Qovşağının rəisi Akif Əsgərov kabelin qiymətlərini şişirdərək külli miqdarda dövlət vəsaiti mənimsəyib. Məlumatlı mənbəninin bildirdiyinə görə, faktiki olaraq fiber optik internet kabellərin çəkilməsi üçün 1 manat vəsait xərclənsə də, Akif Əsgərov sənədlərdə hər bir metr fiber optik internet kabeliin çəkilməsi üçün 3 manat sərf olunuduğunu göstərib.

Mənbəninin iddasına görə dəyişdirilən və yeni çəkilən fiber optik kabellərin ümumi uzunluğu 150 min metrdən çoxdur. Bu isə belə anlama gəlir ki, təkcə 2013-cü ildə kabel dəyişdirilməsi və çəkilişi əməliyyatından Akif Əsgərov 300 min manatdan çox vəsait mənimsəyib.

Həmçinin məlumatda o da vurğulanır ki, Akif Əsgərov xəttlərin uzunluğu ilə bağlı sənədlərdə saxtakarlığa yol verib. Yəni bir çox dövlət və özəl müəsissələrə çəkilən fiber optik internet xətlərinin uzunluğu sənədlərdə göstərildiyindən bir neçə dəfə qısadır. Lakin Akif Əsgərov həmin xətlərini məsafə uzunluğunu artırmaqla dövlət vəsaitini mənimsəyib.

Qeyd olunur ki, Akif Əsgərov milyonları təkbaşına yeməyib. Tam əksinə, V.Zeynalov bu işdə ona dəstək olub. Aparat rəhbərinin həbsi A.Əsgərovu yasa boğsa da, işçilərinin sevindiyi bildirilir. Belə ki, Akif Əsgərov işçiləri ən son yığışaraq, V.Zeynalova 3 min manatlıq hədiyyə almağa məcbur etmişdi. Onlar vəziyyətin dəyişəcəyinə inanırlar.













/azerinfo.org



Reytinq: