» » Azərbaycanlı “İŞİD”çilərə hökm oxundu


Azərbaycanlı “İŞİD”çilərə hökm oxundu

27-10-2015, 14:52
Oxunub: 326
Çap et
28 il həbs cəzası verildi
Azərbaycanlı “İŞİD”çilərə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD terror qruplaşmasının tərkibində döyüşməkdə ittiham edilən Telman Bəkirov və Mübariz Tahirovun məhkəmə prosesi başa çatıb.

Prokuror yekun çıxışında hər iki şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkilləri isə müdafiə etdikləri şəxslərə bəraət verilməsini məhkəmədən xahiş ediblər. Məhkəmə müşavirədən sonra təqsirləndirilən şəxslərin hər birinin 14 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İŞİD" terrorçu təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham edilirlər.



Reytinq: