» » Ziya Məmmədovun işdən çıxarılması xəbərinə RƏSMİ REAKSİYA


Ziya Məmmədovun işdən çıxarılması xəbərinə RƏSMİ REAKSİYA

19-10-2015, 14:30
Oxunub: 828
Çap et
Ziya Məmmədovun işdən çıxarılması xəbərinə RƏSMİ REAKSİYAKütləvi informasiya vasitələrində nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxarıldığı və saxlanıldığı barədə məlumatlar yayılıb.

Baku.ws-in məlumatına görə, yayılan məlumatlarda bildirilir ki, guya Ziya Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və dindirilib. Hətta hazırda nazirin ev şəraitində nəzarətdə saxlanıldığı barədə də bildirilib.

Yayılan məlumatlarda o da deyilir ki, nazirliyin bir neçə əməkdaşı, hətta mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da dindirilib.

Məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov yayılan məlumatların heç birinin həqiqətə uyğun olmadığını bildirdi. Nazirlik rəsmisi bildirdi ki, hazırda Ziya Məmmədov məzuniyyətdədir və oktyabrın 23-də yenidən işinə qayıdacaq.

"Ziya Məmmədov işdən çıxmayıb. Onun saxlanılması və dindirilməsi barədə yayılan söhbətlər də yalandır. Namiq Həsənov da hazırda iş başındadır. Nazirin və mənin barədəmdə yayılan məlumatlar tam yalandır. Hərə istədiyini yazır. Kimin nə sualı varsa, nazirliyə rəsmi müraciət etsin", - deyə Namiq Həsənov bildirdi.



Reytinq: