» » Ölənlərin adları bilindi


Ölənlərin adları bilindi

8-01-2015, 19:45
Oxunub: 929
Çap et
Ölənlərin adları bilindi

Bakıda silahlı insident zamanı qardaşlar maşında güllələnib
Bakıda güllələnən qardaşların adları məlum olub.

ANS PRESS APA-ya istinadən xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, öldürülən qardaşlardan birinin adı Cahid, digərinin adı isə Caviddir. Onlar Sahil qəsəbəsinin sakinləridir.

Hadisə baş verən “Toyota Land Cruiser” markalı maşının dövlət nömrə nişanı 90 RC 008-dir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmaları davam etdirir.

Xatırladaq ki, hadisə bu gün saat 18:00 radələrində Sahil qəsəbəsində qeydə alınıb. Naməlum şəxslər avtomobildə iki qardaşı güllələyiblər. Onların hər ikisi yerindəcə ölüb.

Güllələnən qardaşlar “Toyota Land Cruiser” markalı maşında olublar. Onların olduğu avtomobilə naməlum maşından düşən şəxs atəş açıb.



Reytinq: